Agilli ev Sistemleri

Agilli ev Sistemleri  və onların növləri, xüsusiyyətləri

Texnologiya çağının gəlməsi ilə, evlərimizdə artıq avtomatlaşdırılan və uzaqdan idarəetmə ilə təmin edilən qarşılıqlı əlaqələr artmağa başladı.

İnsanlar evlərində təhlükəsizliyinin , istifadə etdiyi enerjinin və evdə yaşadıqları rahatlığın yüksək səviyyədə olmasını istəyirlər. Evdəki demək olar ki, bütün əşyaların ağıllı telefondan əldə edilməsi nəticəsində agilli ev sistemleri nin istifadə sahələri artmaqdadır.

Ağıllı ev sistemləri, ev istiliyini dəyişdirilməsindən tutmuş, otaqlardakı elektrikin bir düymə ilə kəsilməsinə qədər bir çox məqsədlər təklif etməkdədir. IOT (Əşyaların İnterneti) texnologiyası adlanan bu texnologiya, evlərə vahid sistemlərin yaradılmasına imkan verir. Ağıllı ev konsepsiyası yaratmaq istəyən ev sahibləri, hər yerdə IOT texnologiyasından istifadə etməyə çalışırlar.

Bu istək qarşısında elektronik əşya istehsalçıları, telekommunikasiya, təhlükəsizlik və işıqlandırma məhsulları istehsal edən şirkətlər, IOT texnologiyasından istifadə edirlər.

Bəs Agilli Ev Sistemleri nədir? Nə işə yarayır.

Ağıllı ev sistemləri, tək bir tətbiq və ya tək bir idarəetmə paneli ilə ana sistemin xaricindən, bütün sistemlərin idarə edilməsidir. IOT texnologiyası sayəsində həyata keçirilə bilər.

Əşyaların İnterneti (IOT) ilə evlərdə istifadə olunan əşyaların istəyimizə görə bağlanması və açılması, azalıb artırılması kimi qarşılıqlı əlaqə qurmağımız təmin edilməkdədir.

Ev sahibləri üçün təhlükəsizlik, uzaqdan idarəetmə rahatlığı əsas məsələdir. Ağıllı ev sistemlərinin istifadəsi nəticəsində artan həyat səviyyəsi ilə ev sahiblərinə daha rahat və dəbdəbəli bir həyat təklif olunur.

Bu texnoloji sistemlər, istifadəçilərə  kondisioner və  kombi idarəetməsi, işıqlandırma və pərdə, jalüz (panjur) sistemlərinin uzaqdan idarə edilməsi kimi imkanlar təmin edir.

Agilli Ev Sistemleri və üstünlükləri

Bu sistemlərinin istifadə sahələri artdıqca istifadəçilərin sayı da eyni nisbətdə artır. Bu artım istehsalçı firmaların  məhsullarında ağıllı ev sistemlərinə uyğun olaraq istehsal etməyə imkan verir.

İstehsal edilən bu məhsullar nəticəsində ev sahibləri sahib olduğu evləri tək bir idarəetmə panelindən idarə etmək istəyir. Bu şəkildə vaxtdan enerjidən və xərcdən xilas olaraq  əslində doğru qərarı verirlər.

Agilli ev sistemleri istifadəçilərinin bu sistemləri istifadə etməsinin əsas səbəblərindən biri təhlükəsizlikdir. Oğurluq və buna bənzər hadisələrdə video və siqnalizasiya sistemləri ilə təhlükəsiz həyat təmin edilir. Kart keçid sistemləri, kameralı damafon sistemi, oğurluq aşkarlama sistemləri də ola biləcək oğurluq hadisələrinin qarşısını alır.

Eyni şəkildə yaşana biləcək yanğın hadisələrində uzaqdan idarəetmə və ya avtomatlaşdırılmış sistemlərlə yanğının qarşısı alına bilər.

Ağıllı ev sistemlərinin üstünlüklərindən biridə vaxt və enerjiyə qənaət etməkdir. Həyatınızdakı xırda detallar sizi yorur və vaxtınızı alır.  Davamlı olaraq problemləri daim izləyən vaxt aparan işləri sizin yerinizə edə bilən ağıllı ev sistemləri, sizə vaxt qənaət etdirəcəkdir.

Yalnız bir toxunuşla musiqi dinləyə, pərdələrinizi aça, kondisionerinizi işlədə, işıqlandırmanı təmin  edə bilərsiniz.

 Bəs ağıllı ev sistemlərinin növləri nələrdir?

Ağıllı Təhlükəsizlik Sistemləri

Müasir ağıllı ev sistemlərinin istifadə sahələri arasında ən çox üstünlük verilən ağıllı təhlükəsizlik sistemləridir. Hər insan  evində təhlükəsiz yaşamaq istəyir. Ofisdə və ya evdə baş verə biləcək hadisələr haqqında düşünmək, insanları narahat edir. Bunun qarşısını almaq üçün ağıllı ev sistemlərinin istifadəçilər üçün işinin ustası desek yanlış olmaz. Baş verə biləcək yanğın oğurluq vəziyyətlərinin qarşısını almaq üçün bu sistemlərdən istifadə edilməlidir.

Təhlükəsizlik sistemlərinə:

  • Təhlükə halında diqqət çəkən bir səslə xəbərdarlıq etmə
  • Yanğın təhlükəsi halında su və xəbərdarlıq sistemi
  • Kamera sistemi ilə evdə və ya ofisdə baş verə biləcək hadisələri idarə etmək bacarığı
  • Görüntülü damafon ile zəngi basan və ya qapının qarşısındakı  insanın görülməsi
  • Təlaş düymələri ilə polisə və ya lazımı şəxslə əlaqə qurmaq
  • Evdən və ya ofisdən kənarda olduğunuz zaman qapıların və bağlanması və digər arzu olunan texnoloji avadanlıqların bağlanması kimi nümunələr verilə bilər.

İstilik və Enerji Sistemləri

Ağıllı ev sistem sahibləri üçün istilik və enerjiyə qənaət vacib bir yerdədir. Tətildən qayıdarkən və ya başqa səbəblərdən, uzaqdan idarəetmə ilə daxili məkanların temperaturunu tənzimləyə bilmək, istifadəçilərin rahat bir həyat yaşamasına imkan verir.

Əslində bir az daha irəli gedib günün müəyyən vaxtlarında hansı  istilik dəyərlərini  istəyirsinzsə təyin edilə bilməsi də, istifadəçilərə verilən digər mühüm  xüsusiyyətlərdən biridir.  Eyni şəkildə, bəzi ağıllı istilik sistemlərində otaqların ayrı istilik dəyərlərinə sahib olması da təmin edilə bilər.

Ağıllı ev sistemləri ilə enerji qənaəti də edilə bilir. Tətildə və ya işdə olan ağıllı sistem istifadəçiləri, uzaqdan idarə edə biləcəkləri əşyalarla qənaət edə bilərlər.

Kondisionerlərin və ya buna bənzər məhsulların istifadə etdiyi enerji olduqca yüksəkdir. Gün ərzində açıq olan bu məhsullar ağıllı sistemlər ilə nə vaxt işləyəcəyi  və ya işləməyəcəyinə qərar verir. Beləliklə, artıq enerji xərclərindən xilas olacaqsınız.

Ağıllı İşıqlandırma

Başlıca olaraq, Ağıllı ev sistemləri dedikdə ağıla ilk işıqlandırma məhsulları  gəlir. Ümumiyyətlə Ağıllı evlərdə səslə işləyən və ya uzaqdan idarə olunan işıqlandırma məhsulları vardır. İşıqlandırma sistemi ilə evinizdə yaşamaq istədiyiniz mühiti tənzimləyə bilərsiniz.

Filmə baxarkən fərqli tonlarda işləyən işıqdan, yuxu vaxtına görə tənzimlənə bilən işıqlandırma növünə qədər bir çox seçiminiz olacaqdır. Bu sistemlər əvvəlcədən tənzimlənə biləcəyi üçün həyatınızı asanlaşdıracaqdır.

Kitab oxuyarkən, işləyərkən, yatarkən və ya bir şeylər izləyərkən əvvəlcədən proqramlaşdırılmış işıqlandırma sistemlərini istifadə edə biləcəksiniz. Eyni zamanda, bu sistemlər kənardan gələn günəş və ya fərqli bir işıq mənbəyinə görə avtomatik olaraq özlərini dayandıra və aktivləşdirə bilərlər.

Share

Leave a Reply

Your email address will not be published.