dasinmaz emlak

Dasinmaz emlak sektoruna təsir edəcək texnoloji trendlər

Daşınmaz Əmlak sektoru uzun bir müddət əmlak satışı üçün rieltorların digər insanlarla əlaqə qurduqları bir iş sahəsi idi.

 Daşınmaz Əmlak sektoru uzun bir müddət əmlak satışı üçün rieltorların digər insanlarla əlaqə qurduqları bir iş sahəsi idi. Bu əlaqələndirmə indi də davam etməkdədir. Ancaq, texnologiya ilə bərabər rieltorlarala insanlar arasında əlaqələr gedərək daha da dərinləşməyə başladı. Texnologiya Dasinmaz emlak sektoruna bir az ləng nüfuz etsə də, əmlak ekpertləri son illərdə texnologiyaya ciddi investisiyalar ayırmağa başladılar.

Belə ki, bir düymə ilə, evdə çay içə-içə əmlak kreditləri ala bilirik, Bitcoin kimi virtual pullar ilə ev alıb-sata bilirik.  Həmçinin, evlərini satmaq istəyən əmlak sahibləri ilə asanlıqla əlaqə saxlaya bilir və amlakları ilə bağlı müxtəlif məlumatları (foto, video və s) əldə edə bilirik.

Texnologiyanın, əmlak ekspertlərinin mövcud sektor üzərində hakimiyyətini ciddi formada yaxşılaşdırdığını demək yanlış olmaz. Artıq müştərilər üçün, ehtiyac duyduqları bütün dataları bir toxunuşla listələyə bilirik. Eyni zamanda, satış müddətini əhəmiyyətli dərəcədə qısalda, satış və axtarış çarxını avtomatikləşdirib, nəzarət edə bilirik.

Dasinmaz emlak və Süni Zəka

Əmlak axtarış xəritə sistemləri, ipoteka hesablamaları, virtual turlar və s. digər texnoloji yeniliklər daşınmaz əmlak məsləhətçilərinin işlərini böyük həcmdə asanlaşdıraraq, onlara əhəmiyyətli dərəcədə zaman qazandırmaqdadır. Eyni zamanda, qərar vermə mərhələsində müştərilərə mükəmməl bir təcrübə yaşatmaqdadır. Pərdə arxasında isə, süni zəka gün bə gün inkişaf etməkdədir. Burada söhbət müştəriyə ev göstərən süni zəkadan deyil: sektorun trendlərini müəyyən edə bilən, fürsətləri proqnozlaşdıra bilən, yeni satış ideaları ortaya qoyan, data işləmə və analizi edə bilən süni zəkadan  gedir.  Süni zəka, Dasinnmaz emlak sektoruna bağlı müxtəlif  dataları bir araya gətirərək, daima aktiv saxlaya bilər və rieltorlar ilə müştərilər arasında bir körpü rolunu oynaya bilər.

Üstəlik data analizi və süni zəka, bazardakı mümkün fürsətləri ayırd edərək, potensial müştəriləri qısa zamanda  rieltorlara təqdim edə bilər və iş yükünü çiyinlərində bir toxunuş ilə azalda bilər.  Rieltorların istər üz-üzə, istərsə də ənənəvi reklam  yolu ilə apardıqları marketinq fəaliyyətləri, çətin və baha başa gəldiyi bilinəndir. Belə ki, süni zəka  bu müddəti və xərcləri əhəmiyyətli dərəcədə azalda bilər. Əlavə olaraq, xarakteristik və psixolojik analizlərlə, müştərilərə spesifik xidmətlər təqdim etməkdə mühüm rol oynaya bilər. Bu xüsusilə spesifik əmlak satışlarında daha önəmli yerə malikdir.

Virtual Reallığın Sektorda rolu

Daşınmaz Əmlak sektorunun gələcəyini formalaşdıracaq digər bir texnologiyanın da Virtual Reallıq yəni VR texnologiyası olacağı çox bəllidir. VR”ın kompyuter oyunlarının xaricində, rieltorların da həyatını asanlaşdıracağı indidən görülməkdədir. Artıq ev sahibini narahat etmədən, günün 24 saatı, yüzlərlə kilometr uzaqdakı bir evi, virtual tur texnologiyası ilə asanlıqla gəzmək, məhəlləyə nəzər salmaq mümkündür. Virtual Reallıq həm Riealtorlara həm də Müştərilərə tam başqa bir əmlak təcrübəsi təqdim etməkdədir.

Bu texnologiyanın Daşınmaz Əmlak sektoru tərəfindən mənimsənilməsi, bəlkə də, bir neçə il alacaq.  Ancaq, Rieltorların işlərini daha yaxşı bir nöqtəyə gətirmələri üçün, mühüm bir addım olacağı da, hər kəsə bəllidir. İnsan əlaqələri üzərində qurulmuş əmlak sektorunun, texnologiya tərəfindən işğal olunmasını düşünmək də səhv olar əlbətdə.

Süni zəka, Rieltorların işlərini əllərindən almaq üçün deyil, onlara kömək olmaq üçün, işlərini inkişaf etdirmək üçün bir vasitədir. Ancaq, texnologiyanın və Dasinmaz emlak sektorunun birgə inkişafını mənimsəməyən əmlak ekspertləri və rieltorlarının, digərlərindən geridə qalacağı və bəlkə də, işlərini itirəcəkləri bir dövrə girməkdəyik.

Share

Leave a Reply

Your email address will not be published.