İndiki dövürdə ev almaq heç də asan proses deyil. Söhbət tək sənədləşmə işlərindən getmir. Ev seçimi, yerləşdiyi ərazi, komunal xəttlərin vəziyyəti və s. digər faktorlar ev alarkən ən çox fikir verdiyimiz faktorlardır. Siyahını uzatmaq olar, ancaq burda bizim üzərində duracağımız, alaçağımız evin əşyalı və ya əşyasız olmasıdır. Bu da çox mühüm faktor hesab edilir. Aşağıda sizə əşyalı və əşyasız ev alarkən nəzərdə saxlamanız üçün müsbət və mənfi cəhətlərini qələmə aldıq.
Ev almaq və əşyalı evə sahib olmağın 4 müsbət cəhəti
-
Əşyalı ev almaq qənaət etməkdir
Yeni bir evə köçmək hər zaman çox xərc aparır. Kredit borcları, yük maşını, yeni əşyalar deyərkən büdcənizə təsir edən bir yükün altına girirsiniz. Ancaq əşyalı ev almaq sizi bu yükdən qurtara bilər. Əşyalı evə sahib olduqdan sonra, siz aldığınız evin kiçik təmir işlərini bitirib evinizə rahatca köçə bilərsiniz.
-
Yük daşımaq probleminiz olmayacaq
Ev köçürərkən çox zaman sevdiyiniz əşya ya qırılır ya da itir. Hər ev köçürmədə bəzi əşyalarınız mütləq zərər görür. Yataq otağı, yemək masası kimi əşyaları yenidən yığmaq hər zaman yorucu olur. Yük daşımaq işi üçün isə uzun və sıxıcı telefon danışıqlarına dözmək məcburiyyətində qalırsınız. Əşyalı ev satın almaq sizi bütün bu sıxıntılardan xilas edir. Təkcə şəxsi əşyalarınızı, kitablarınızı bir çamadana qoyub yeni evinizə gedib yaşaya bilərsiniz.
-
Əlinizdə metrə ilə gəzməzsiniz
Hər ev köçürmədə əlinizdə metrə ilə gəzməkdən sıxıldınızmı? Ev köçürərkən “ Divan yeni evin salonuna olacaqmı?” “Qabyuyan maşını o dəzgahın altına sığarmı? “ kimi sıxıcı suallarla yorulursunuz. Əlinizdə metrə ilə davamlı bir yerləri ölçmək, əşyalarınızı çətin olsada sığdırmaq vəziyyətində qalırsınız. Əşyalı ev almaq sizi bu sıxıntıdan xilas edir.
4. Əşyalı ev almaq tez zamanda kirayə gəliri deməkdir.
Satın aldığınız ancaq dərhal köçməyi düşünmədiyiniz evi qısamüddətli olaraq kirayə verə bilərsiniz. Xüsusilə son vaxtlarda dəbdə olan əşyalı mənzillər üçün kirayəçi tapmaq olduqca qısa vaxt alır. Beləliklə satın aldığınız evdən xərc çəkmədən qazanc əldə edə bilərsiniz.
Əşyalı evə sahib olmağın mənfi cəhətləri
Əşyası ilə birlikdə ev almağın üstünlükləri qədər, mənfi cəhətləri də var.
Əşyalı ev almağın mənfi cəhətləri.
-
Satış qiyməti daha yüksək olur
Əşyalı evin satış qiyməti (bütün mebel və əşyaların qiymətləri daxil olmaqla) əşyasız evlərə görə daha yüksəkdir. Belə bir vəziyyətdə sadə bir riyazi hesablama ilə hansı evin sizə xeyir edəcəyini görə bilərsiniz.
-
Ev dekorasiyası tərzinizi əks etdirməyə bilər
Satın alacağınız evin dekorasiyası sizin üçün çox klassik, retro ya da bohem ola bilər! Əgər sizin istədiyiniz modern bir ev dekorasiyasıdırsa, bu cür ev gözləntilərinizi qarşılamaya və sizi məyus edə bilər.
-
Alternativiniz az ola bilər
Əşyalı ev elanları, əşyasız ev elanları qədər çox deyil. Bu səbəbə görə istədiyiniz yerdə və böyüklükdə əşyalı ev üçün çox alternativiniz olmaya bilər
Leave a Reply