Evlerin alqi satqisi zamanı "bəzi MƏSLƏHƏTLƏRİ" dinləməyin

Evlerin alqi satqisi zamanı “bəzi MƏSLƏHƏTLƏRİ” dinləməyin

Ev alqı-satqısında bəzi tövsiyələrə qulaq asmamağınız əsas məsələlərdən biridir.

Ev satmaq qərarı həyatınızın ən vacib qərarlarından biridir.  Bir çox  təfərrüatı dəfələrlə nəzərdən keçirməli, bir çox şeyləri planlaşdırmağı və  gələcək alıcılara evinizi ən gözəl şəkildə təqdim etməlisiniz. Ev satışı üçün ətrafınızdan ala biləcəyiniz məsləhətlər, prosesin ən vacib hissələri arasında yer alır. evlerin alqi satqisi zamanı bəzi tövsiyələrə qulaq asmamağınız əsas məsələlərdən biridir.

#1. Evlerin alqi satqisi  zamanı eviniz üçün daha çox qiymət istəyərək qazancınızı artırın

Ev satışa çıxdığı müddətdə mənzil sahiblərinin ən böyük səhvliklərindən biri, evin satış qiymətini lazım olduğundan daha çox yüksək qiymət demələridir.  Və bu gəlirlə daha çox qazanc əldə edəcəklərinə inanmalarıdır.

Satış qiymətinə evinizin yerləşdiyi yer, neçənci ildə təhvil verilməsi, ya da təmirli olub-olmadığı kimi faktlarda təsir edir. Başqa bir sözlə ev sahibləri alqı- satqı üçün bir çox faktorları birlikdə qiymətləndirərək, bazar araşdırması edər və bir qiymət təyin edərlər.

Ancaq ev satanlar kimi potensial alıcılar da qiymət və qiymət məsələsində araşdırma edib hər cür məlumata  sahib ola bilərlər. Beləliklə eviniz üçün lazım olduğundan dah çox qiymət tələb edərək, satışdan yüksək qazanc əldə etməyin əvəzinə evinizi satmaqda çətinlik çəkə bilərsiniz. Hətta inandırıcı olmayacaq qədər yüksək bir qiymət  təyin etsəniz , evinizlə maraqlanan  alıcılar evi görməkdən imtina edə bilərlər. Ona görə də, alqı-satqı zamanı evin vəziyyəti, mühiti, məkanı  kimi amilləri birgə dəyərləndirərək, münasib bir qiymət  tələb etmək lazımdır.

#2.  Evinizi satmaq üçün yay aylarını gözləyin. Bu evlerin alqi satqisi ərəfəsində eşidə biləcəyiniz miflərdən biridir. 

Daşınmaz əmlak bazarındakı məşhur “inanclardan”  biri də odur ki, daşınmaz əmlak satışı yalnız yazda və ya yayda edilə bilər. Və buna görə satış üçün bu ayları gözləmək lazımdır. Yaz və yay ayları evi görmək istəyən alıcılar üçün ya da təmir işləri aparmaq üçün uyğun vaxt ola bilər. Kirayə və ya mənzil satışlarının bu aylar ərzində daha aktiv olduğunu da qeyd etmək lazımdır.

Ancaq bütün bu səbəblər satmaq istədiyiniz mənzil üçün qış aylarını tamamilə gözdən çıxarmağınıza və imtina etməyiniz mənasına gəlməz. Siz eviniz satmaq üçün hazırsınızsa,  potensial bir alıcı da hazır ola bilər. Başqa bir sözlə satış müddətinə qərar verdinizsə, bu qərarınızı reallaşdırmaq üçün sadəcə yay aylarını gözləməyin.

#3.  Satışdan əvvəl dəyişikliklər edərkən öz zövqünüzü əks etdirməyi unutmayın.

Evinizi satışa çıxarmadan əvvəl daxili hissəsində təmir işləri aparmaq satışa olan marağı artırır. Eyni zamanda səliqəli bir ev, qiymət artıran bir amildir. Ancaq satışdan əvvəl evinizdə təmir işləri apararkən tamamilə öz zövqünüzə görə qərarlar verməyin. Məsələn , son vaxtlarda qırmızı, yaşıl kimi parlaq rəngli divarlar dəbdə ola bilər. Sizə görə parlaq rənglər xoş və enerjili bir təəssürat bağışlaya bilər.

Ancaq, evinizin sizin zövqünüzə görə boyanması, mənzili görməyə gələn alıcılar üçün heç də xoş olmaya bilər. Yəni tamamilə öz seçimlərinizə görə təşkil etdiyiniz mənziliniz, potensial alıcıların zövqünə uyğun gəlməyə bilər. Məsələn alıcılar üçün açıq rəngli divarlar sizin seçimlərinizə görə seçilmiş tünd rənglərdən daha cəlb edici ola bilər.

Nəticə olaraq,  son dəbə uyğun təmir işləri apararsanız evinizi daha tez satmış olarsınız tövsiyəsi həmişə işə yaramaya bilər.

Share

Leave a Reply

Your email address will not be published. Required fields are marked *