Menzil alarkən bu 8 qaydanı diqqətə alın

Menzil alarkən bu 8 qaydanı diqqətə alın

İstər yaşayış məqsədli olsun, istərsə də investisiya üçün olsun, daşınmaz əmlak almaq çətin bir prosesdir.

Həyatımızın ən vacib iqtisadi qərarlarından birini qəbul edərkən, şüurlu olmalı və edilməsi lazım olanlar haqqında məlumat sahibi olmaq lazımdır. Menzil almaq ise bu qərarların içində ən vaciblərindəndir.

Bu həqiqətləri nəzərə alaraq yola çıxdıq və menzil alarkən nə edəcəyinizi  sizlər üçün sadaladıq.

Menzil almaq üçün diqqət ediləcək işlərin siyahısı

  1. Satın alacağınız Mənzil “də yaşamağı planlaşdırırsınızsa, bunun üçün ilk etməli olduğunuz şey evin yerləşdiyi yerə diqqət yetirməkdir. Evin işinizə, məktəb və nəqliyyat vasitələrinə yaxın olmasına diqqət edin. Bundan əlavə, evin xəstəxanaya yaxın olması da vacib bir üstünlükdür, bunu da unutmayın.
  2. Mənzilin fiziki vəziyyətini yaxşı araşdırın. Evin hansı tərəfdə yerləşməsinə də diqqət yetirin, cənuba baxan və işıq alan yaşayış yeri seçin.
  3. Evin sənədi ilə əlaqədar lazımi araşdırmaları da etməlisiniz. Bundan əlavə, sənədlərdə ipoteka və ya girov kimi problemlərin olub-olmaması yoxlanılmalıdır.
  4. Mənzildə yaşanan ən böyük problemlərdən biri də dəqiq və ümumi kvadrat metr məlumatdır. Bu səbəbdən dəqiq, ümumi hesablamanı düzgün aparmalı və evin istifadə edilə biləcək  sahəsini, yəni dəqiq kvadrat metrini öyrənməlisiniz.
  5. Qiyməti araşdırmadan menzil almağa qərar verməyin. Bölgədəki oxşar evlərlə müqayisə edərək qiymət analizini düzgün etməlisiniz.
  6. “İzolyasiya varmı?” Sualınıza aydın cavab almalısınız. İzolyasiya edilmiş bina yanacaq xərclərinin aşağı olması deməkdir.
  7. Tikinti keyfiyyətini araşdırın. Əlavə olaraq araşdırmalı olduğunuz bir başqa məsələ də bunun zəlzələ qaydalarına uyğun olub-olmamasıdır.
  8. Bank krediti istifadə edərək bir menzil almağı planlaşdırırsınızsa, əvvəlcədən araşdırma aparmalısınız. Ən uyğun faiz nisbətini təyin etməli və ödəmə planınızı düzgün bir şəkildə qurmalısınız.
Share

Leave a Reply

Your email address will not be published.