İlk öncə, Daşınmaz Əmlak Sahibləri Niyə özləri Satmağa Çalışır? Ev alqi satqisi zamanı əmlak sahibləri nəyə həvəslənirlər? Buna cavab tapaq!
Səbəblər çox sadədir:
- Dərhal, asanlıqla satılacağı düşüncəsi
- Komissiya vermək istəksizliyi
- Vasitəçisiz daha yüksək qiymət ilə satacağı düşüncəsi
- Əmlakçılara güvənsizlik
- Keçmişdə bir əmlakçı ilə yaşanmış pis təcrübə
- Hər şeyin ən yaxşısını özünün edə biləcəyi düşüncəsi
- Əmlakçının verəcəyi xidmət və fayda mövzusunda məlumatının olmaması
- Daşınmaz əmlakı daha yaxşı tanıdacağı düşüncəsi
- Bazarlığı daha yaxşı edəcəyini fikrirləşməsi
Bəs sahibindən satılıq olaraq, elan verən əmlak sahiblərini, bu müddətdə nə gözləyir? Nə cür problemlər ilə qarşılaşırlar? Bu problemlərin nəticələri nədir?
Ev alqi satqisi və Reklamı olmayan daşınmaz əmlak elanlar
Əmlak sahibləri həyatlarında ilk dəfə satılıq daşınmaz əmlak elanı verdiklərində ümumiyyətlə təcrübəsizliklərinin qurbanı olurlar. Verdikləri elana qoyduqları şəkillər, seçdikləri qapaq rəsmi, elanın mətnində bəhs edilməsi lazım olan mövzular haqqında bir çox səhvlər edirlər. Bu mövzuda təcrübəyə sahib olmadıqları üçün, bu səhvlərin fərqində olmurlar .
Yetərsiz Reklam
Elan saytlarından birinə elan verib, bəzən də divara “satılır” yazaraq alıcı tapacağını düşünən əmlak sahiblərinin, əksəriyyəti məyus olurlar. Əmlak bazarındakı güclü rəqabət səbəbindən məhdud təbliğatı ilə xeyli sayda alıcı namizədini əldən qaçırırlar. Bəzən işləri gücləri səbəbi ilə alıcıların telefonlarına cavab verə bilmirlər. Buna görə, onsuz da az olan alıcı namizədlərini itirirlər.
Təhlükəsizlik problemləri
Əmlak sahibləri, xüsusilə də mənzil sahibləri, sahibindən satılıq elanlarda təhlükəsizlik riskləri ilə üzləşirlər. Əvvəlcədən seçim prosesindən keçirmədən heç tanımadıqları şəxslərə evlərini açdıqlarında, əmlak sahibləri pis niyyətli insanlarla qarşı-qarşıya gələ bilirlər.
Saxtakarlıq risqi
Daşınmaz Əmlak sahibinin sənədləşmə işlərindəki məlumatsızlığından faydalanmağa çalışan saxtakarlar, xüsusilə sahibindən satış etməyə çalışan əmlak sahiblərini hədəfləyirlər.
Ev alqi satqisi zamanı Əmlakın Yanlış qiymətləndirməsi
Hər kəsə öz evi daha qiymətli və daha gözəl görünür. Əmlak sahibləri, bilərəkdən ya da bilməyərəkdən, mülklərini bazar qiymətindən baha qiymətə satmağa meyillidirlər. Obyektiv qiymətləndirmə edilmədiyi üçün əmlakı görməyə gələn alıcı sayı ya az olur, ya da heç gələn olmur.
Əmlakın dilə-dişə düşməsi
Yetərsiz reklam və səhv qiymət nəticəsində əmlak uzun müddət satıla bilmir. Uzun müddət satıla bilməyən əmlak isə dilə-dişə düşür. Nəticədə, doğru marketinq və qiymət ilə satışa çıxarıldığı halda belə, uzun müddət satılamadığı gündəmə gəlir və əmlaka maraq göstərən alıcılarda mənfi iz buraxır.
Danışıqlar prosesinin düzgün idarə olunmaması
Həm alıcı, həm də satıcı təbii olaraq danışıqlar zamanı qazanc əldə etməyə çalışırlar. Satıcı danışıqlar zamanı zəif görünməmək üçün, əmlakı görən alıcını sonradan axtarıb danışığa çağıra bilmir. Alıcı da danışıqlar zamanı güclü dura bilmək üçün ilk addımı atmaq istəmir. Almağa və satmağa istəkli şəxslərin olduğu, ancaq lazımlı addımları atmaqdıqları üçün əmlakın alqı-satqısı baş tutmur.
Alıcı və satıcının eqolarının ev alqi satqisi zamanı qarşıdurması
Alıcılar danışıqlar zamanı üstünlük əldə etmək üçün əmlakın kiçik problemlərini çox vacibmiş kimi sorğulayırlar. Ev sahibi duyqusal bir bağlantısı olduğu əmlakını pisləyən bu şəxsə mənfi bir göz ilə baxmağa başlayır. Bəzi hallarda əsəbləri pozulan əmlak sahibi “Yandıraram amma o adama satmaram” nöqtəsinə gələ bilir.
Daşınmaz Əmlak sahiblərinin yorğunluğu
Daşınmaz Əmlak sahibləri bu müddətdə ümumiyyətlə yorulurlar. Gərəksiz yerə bir çox insan ilə həmsöhbət olurlar. Alıcıdan çox əmlakçıların onları axtardıqları bir müddət yaşayırlar. Zaman keçdikcə əsəbləri tükənir və elan verdiklərinə peşman olurlar.
Leave a Reply