Warren Buffett"dən Daşınmaz əmlaka 5 investisiya dərsi

Warren Buffett”dən Daşınmaz əmlaka 5 investisiya dərsi

Bir çox mənbədən asanlıqla  milyonerlərin  öz şirkətlərində həyata keçirdikləri  investisiya strategiyaları haqqında məlumat əldə edə bilərsiniz. Lakin, bu məlumat bolluğunda  milyonerlərin fərdi investisiya fəaliyyətləri haqqında məlumat mövcud deyil.Ancaq, maraqlı bir şəkildə dünyaca məşhur investisiya firması Berkshire Hathaway-ın CEO”su Warren Buffett, bu yaxınlarda dərc olunan illik investisiya hesabatında fərdi investisiya sahələrindən bəhs etdi. Və daha da maraqlısı daşınmaz əmlak sektorunda heç vaxt adı çəkilməyən bacarıqlı CEO, ən uğurlu yatırım sahəsi olaraq əmlak sektorunu göstərdi.

Warren Buffet “in hesabatına nəzər salaq

Yazısında Nebraskadan aldığı 400 hektarlık ərazidən və New York Universitetinin yaxınlığında satın aldığı mənzildən bəhs edən  Warren Buffett  bu prosesi necə idarə etdiyi haqqında danışdı. Bizdə bu yazıda Warren Buffett”in paylaşımlarından öyrənə biləcəyiniz 5 daşınmaz əmlak dərsini tərtib etdik.

  1. Dəyəri düşən evlərə yatırım edin.

1973-cü ildən 1981-ci ilə qədər Midwest ətrafında ferma qiymətlərində dəyişikliklər oldu. Kiçik bankaların kredit siyasətlərinin inflyasiya səbəbilə gələn bu qiymət artışı 1982 ci ildə birdən sönmüş və qiymətlər demək olar ki yarıya düşmüşdü.

1986-cı ildə Omaha şəhərindən 400 hektarlık bir ərazi alan Buffett, bu fəaliyyətinin ona 280.000 dollara başa gəldiyini deyir.

1993-cü ildə isə kommersiya obyektlərindəki  bənzər bir qiymət artımından sonra New York Universiteti yaxıınında bir mənzil alan Buffret bu mənzillərdən çox qazanc əldə etmədiyini söyləyib. Ancaq deyəcəyimiz budur ki, bazarı izləməli, düzgün qərarlar verilməli, ani qiymət düşmələrində risqə getməyi bilməlisiniz.

  1. Warren Buffett “ə görə ani zövqlərə aldanmaq laızm deyil

Etdiyi 2 yatırımda da günün şərtlərini və uzunmüddətli dövrdə əldə edəcəyi gəliri düşünmədiyini dilə gətirir.   Bir mənzilin   anlıq qiymət dəyişikliklərindən qorxub və zərər edəcəyinizi düşünürsünüzsə yaxşı fürsətlər əldə edə bilməzsiniz.

  1. “Gözləntilərə cavab verməmiş investisiyalara yönəlin” Warren Buffett

Warren Buffett, Omahada satın aldığı torpaqdan 10 faiz qazanc əldə edəcəyi proqnozunu vermişdi. Onun başqa bir proqnozu isə bu torpaqların hazırda kənd təsərrüfatı texnologiyasının inkişaf ilə daha əlverişli olacağıdır.  2-ci  düzgün proqnoz ilə mənfəət marjası 10 fazidən çoc olmuşdur təbii ki.

New York şəhərindəki  yatırımını isə vaxt  içində o bölgədəki imkanların artacağıını proqnazlaşdıraraq etmişdir. Və əlavə olaraq o evi aldığında orada  9  il daha davam edəcək bir müqaviləyə  sahib olan  və həmin ərazidə çox aşağı kira haqqı ödəyən birisi yaşayırmış. Amma Buffett uzun müddətli qazanc üçün  bunu  gözə alıb. Nəticə əlbəttə ki uğurlu olub.

Deməyimiz budur ki investisiya gəlirinin az olması sizi əngəlləməsin. Potensialı yüksək olan daşınmaz əmlakları kəşf edin.   Yalnız bu şəkildə böyük qazanc əldə edə bilərsiniz.

  1. Zəif olduğunuz məsələlərdə kömək istəyin. 

Omaha yatırımını etməzdən əvvəl  Buffettin fermerlik haqqında heç bir məlumatı yox idi. Ancaq kənd təsərrüfatı üzrə mütəxəssis olan oğlundan bir toxumun necə əkiləcəyindən, məhsul yığımına qədər bir çox məlumat öyrənmişdir. Hal-hazırda fermadan əldə etdiyi qazanc 150 faiz olan  Buffett  deyir ki, mütəxəssiz olmadığınız məsələlərdə dəstək almaq sizi uğura aparacaqdır.

  1. Warren Buffett deyir ki: Böyük rəsmə diqqət yetirin

İnvestisiyalarını 1986 və 1993-cü illərdə edən Buffett 1987 və 1994-cü illərdə nə olduğunu heç xatırlamadığını deyir. Çünki,  o illər üçün  qazanc gözləntisi olmadığını söyləyir. İnvestisiyaları məsələsində çox rahat olduğunu bildirir. Çünki Omaha kənd təsərrüfatında inkişaf edəcək, New York Universiteti isə tələbə qəbulunu davam etdirəcək.

Warren şirkətlərində etdiyi İnvestisiyaları ilə əmlak sektoru arasındakı ən böyük fərqin də bu olduğunu deyir. Hissə sənədlərini hər dəqiqə izləmək məcburiyyətindəsiniz. Ancaq  daşınmaz əmlak bazarında əldə edəcəyiniz gəlir uzun müddətli olacaq. Buna görə də böyük rəsmə fokuslanmalısınız.

Warren Buffetin hesabatından nəticə

Nəticə olaraq,  Warren Buffett “in İnvestisiya strategiyası, milyoner olmadan da asanlıqla öz əmlak işlərinizə tətbiq edə biləcəyiniz 3 addımdan ibarətdir.

  • Dəyəri aşağı düşmüş əmlaklar tapın
  • Bazarı oxuyun və bu əmlakların potensialını dəyərləndirin
  • Satın alındıqdan sonra da əmlakın səmərəliliyi üzərində işləyərək mənfəət marjasını artırın
Share

Leave a Reply

Your email address will not be published. Required fields are marked *